“Barselona”da baş məşqçi postuna əsas namizəd

“Barselona”da baş məşqçi postuna əsas namizəd

“Barselona”nın baş məşqçisi postuna namizədlərin siyahısı bəlli olub. Niderlandlı mütəxəssis Ronald Kumanı istefaya göndərməyi planlaşdıran  İspaniya klubu bu posta namizədləri müəyyənləşdirib.

La Liqa təmsilçisinin prezidenti Joan Laporta bu vəzifəyə Andrea Pirlonu gətirmək niyyətindədir. “Yuventus”dakı uğursuzluqdan sonra işsiz olan mütəxəssis “Barselona”nın yeni baş məşqçisi olmağa əsas namizəddir. Namizədlər siyahısında Antonio Konte, Filipp Koku və Xavi kimi mütəxəssislər də var.

Xatırladaq ki, Kuman 2020-ci ildən İspaniya klubunu çalışdırır.

ETOPAZ

Əvvəlki yazı

Yekun turnirinə üç vəsiqə sahibini tapdı

Növbəti yazı

“Bruklin”də yeni müqavilə