“Barselona” Xavini “Nou Kamp”da təqdim etdi

“Barselona” Xavini “Nou Kamp”da təqdim etdi

İspaniyanın “Barselona” klubunun yeni baş məşqçisi Xavinin təqdimat  mərasimi keçirilib. Tədbir “Nou Kamp” stadionunda təşkil olunub. 41 yaşlı mütəxəssisin təqdimat mərasimində sabiq futbolçu və məşqçilər, həmçinin 25 min azarkeşin iştirak edib.

Arenaya klub prezidenti Joan Laporta ilə birlikdə ayaq basan Xavi La Liqa təmsilçisi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb. O, İspaniya klubunun “sükanı arxası”na keçmək üçün Qətər klubu “Əl-Sədd”lə anlaşmasına xitam verib.

Gənc məşqçi yeni postundakı ilk müsahibəsində gələcək hədəflərindən bəhs edib: “Layihə orta və uzunmüddətlidir. Böyük işlər görəcək komandamız var. Məşq prosesləri çox şey tələb edəcək. Bəzi şeyləri düzəltmək lazımdır. Xüsusən də, topu itirdikdən sonra təzyiq üzərində işləməliyik. Çətin anda gəlmişəm, amma özümü hazır hiss edirəm. Bilirəm ki, komandanı həvəsləndirməli, nizam-intizamı yaratmalıyıq. Titullar əldə etmək üçün təcrübəmi oyunçulara aşılamağa çalışacağam. Təbii ki, oyunçulardan çox şey tələb edəcəyəm. Eyni zamanda onlara kömək üçün buradayam. Kapitanlar Serxio Buskets, Jerar Pike, Jordi Alba, Serxi Roberto və Mark-Andre ter Ştegen kimi oyunçuları tanımaq mənim üçün üstünlükdür”.

ETOPAZ

Əvvəlki yazı

Sulşer “Uotford”u gözləyir

Növbəti yazı

Milli komandada iki itki