“Barselona” və “Sevilya” Çempionlar Liqası ilə vidalaşdı

“Barselona” və “Sevilya” Çempionlar Liqası ilə vidalaşdı

Çempionlar Liqasında qrup mərhələsinin VI turunun ikinci oyun gününün matçları keçirilib. E, G və H qruplarında mübarizəyə yekun vurulub. F qrupunda isə “Atalanta” – “Vilyarreal” matçı təxirə salınıb.

Sonuncu tur E qrupunda 2-3-cü yerlərin taleyinə aydınlıq gətirib. “Banfika” 1/8 finala yüksəlibsə, “Barselona” Avropa Liqasına yuvarlanıb.

Digər İspaniya klubu “Sevilya” G qrupunda eyni taleyi yaşayıb. “Lill” və “Zalsburq” 1/8 finala yüksəlib. “Volfsburq” isə avrokubok mövsümünü başa vurub.

H qrupunda “Yuventus” 1-ci, “Çelsi” ikinci yerin sahibi kimi mərhələ adlayıb. “Mançester Yunayted” isə F qrupunun qalibi olub. Bu qrupda ikinci vəsiqənin sahibi və Avropa Liqasına yollanacaq komanda təxirə salınan matçdan sonra bəlli olacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

8 dekabr

E qrupu

“Benfika” (Portuqaliya) – “Dinamo” (Ukrayna) – 2:0

Roman Yaremçuk, 16, Jilberto Junior Moraes, 22

“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya) – 3:0

Tomas Müller, 34, Leroy Sane, 43, Camal Musiala, 62

“Bavariya” – 18, “Benfika” – 8, “Barselona” – 7, “Dinamo” – 1

F qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) – 1:1

Meyson Qrinvud, 9 – Fabian Rider, 42

“Atalanta” (İtaliya) – “Vilyarreal” (İspaniya) matçı təxirə salınıb

“Mançester Yunayted” – 11, “Vilyarreal” – 7, “Atalanta” – 6, “Yanq Boyz” – 5

G qrupu

“Zalsburq” (Avstriya) – “Sevilya” (İspaniya) – 1:0

Noa Okafor, 50

“Volfsburq” (Almaniya) – “Lill” (Fransa) – 1:3

Renato Şteffen, 89 – Burak Yılmaz, 11, Conatan Devid, 72, Eyncel Qomes, 78

“Lill” – 11, “Zalsburq” – 10, “Sevilya” – 6, “Volfsburq” – 5

H qrupu

“Yuventus” (İtaliya) – “Malmö” (İsveç) – 1:0

Moyze Kin, 18

“Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) – 3:3

Klaudinyo, 38, Serdar Azmun, 41, Məhəmməd Ozdoyev, 90+4 – Timo Verner, 2, 85, Romelu Lukaku, 62

“Yuventus” – 15, “Çelsi” – 13, “Zenit” – 5, “Malmö” – 1

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Futbolçulardan daha yaxşı oynamağı tələb etmişəm”

Növbəti yazı

“Tottenhem”in oyunu təxirə salındı