“Barselona” Rafinyanı satmadı
“Barselona” Rafinyanı satmaqdan imtina edib. Klub hücumçu üçün təklif olunan 60 milyon avro ilə razılaşmayıb.
Braziliyalının xidmətində İngiltərə klubları maraqlıdır. Onlardan biri La Liqa təmsilçisinə rəsmi təklif göndərsə də, adı açıqlanmayan klubun vermək istədiyi məbləğ “Barselona”nı qane etməyib. İspaniyalılar Rafinyanı 80 milyondan aşağı qiymətə satmaq niyyətində deyil.