“Barselona” millinin futbolçusunu istəyir

“Barselona” millinin futbolçusunu istəyir

“Leyptsiq”in şərəfini qoruyan Dani Olmo komandasını dəyişə bilər. O, karyerasını La Liqada davam etdirməyə yaxındır.

24 yaşlı yarımmüdafiəçinin xidmətində “Barselona” maraqlıdır. Olmo məhz Kataloniya təmsilçisinin yetirməsidir. O, 7 il klubun müxtəlif yaş qruplarının komandalarında çıxış edib. Dani hazırda İspaniya millisinin heyətində də oynayır.

Həmçinin, onunla Premyer Liqa təmsilçisi də maraqlanır. Olmonu “Mançester Yunayted” də heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Dani Olmo cari mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo Premyer Liqada 100-cü qolunu vurdu

Növbəti yazı

“Arsenal” “Mançester Yunayted”i məğlub etdi