“Barselona” Martinezi bu yay transfer etməyəcək

“Barselona” Martinezi bu yay transfer etməyəcək

“Barselona” “Atletik”in müdafiəçisi İniqo Martinezi heyətinə qatmağa çalışır. Lakin kataloniyalılar onu bu yay transfer etməyəcək.

Hazırda “Sevilya”da çıxış edən Jül Kunde “Barselona”nın heyətinə qatılacağı təqdirdə 31 yaşlı mərkəz müdafiəçisi ilə müqavilə imzalanmayacaq. Kataloniya klubunun həm Kunde, həm də Martinezlə sözləşmə bağlamaq imkanı yoxdur.

Bununla belə, “Barselona” oyunçuya Jerar Pikenin gələn yay klubu tərk edə biləcəyi barədə məlumat verib. Xavi Andreas Kristensen və Erik Qarsiyanın oyun səviyyəsini də dəyərləndirəcək. Onlardan hər hansı biri ayrılsa, o zaman Kataloniya klubu böyük ehtimalla gələn yay azad agent olacaq Martinezi almağa çalışacaq.

ETOPAZ

Əvvəlki yazı

Emreli növbəti matçı da buraxa bilər

Növbəti yazı

Kattani yenidən PSJ-də