“Barselona” Dani Alveslə anlaşdı
Braziliya millisinin futbolçusu Dani Alves “Barselona”ya qayıdır. 38 yaşlı futbolçu Kataloniya klubu ilə anlaşıb və artıq müqavilənin son detallarını razılaşdırır.
La Liqa təmsilçisinin yeni baş məşqçisi Xavi də bu məlumatı təsdiqləyib. O, uzun müddət çiyin-çiyinə oynadığı sabiq komanda yoldaşını sərəncamında görə biləcək. Son klubu “San-Paulu”dan sentyabrda ayrılan Alves karyerasını məhz “Barselona”da başa vurmaq istəyir.