“Barselona” “Atletiko”nun təklifini rədd etdi
“Barselona”nın prezidenti Xuan Laporta “Atletiko”nun Memfis Depay üçün təklifinə cavablayıb. O, bu təklifi rədd edib.
Madridlilər futbolçunu Tom Lemarla dəyişmək istəyib. Depayın Kataloniya klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.