Balotelli “Torino”nun hədəfində

Balotelli “Torino”nun hədəfində

Mario Balotelli İtaliya A Seriyasına qayıda bilər. “Torino” italiyalı forvardla maraqlanır. 

Turinlilər zədəli Duvan Sapatanın əvəzinə Balotellini nəzərdən keçirir. O, Turin klubuna azad agent kimi keçə bilər.

Qeyd edək ki, 34 yaşlı hücumçunun son klubu ötən yay tərk etdiyi “Adana Dəmirspor” olub.

ETOPAZ

Əvvəlki yazı

Sane İngiltərə yolunda

Növbəti yazı

Fransa millisində ciddi itki