Balotelli İtaliya arzusunda
Mario Balotelli “Adana Dəmirspor”u tərk edə bilər. Futbolçu 2024-cü ilin yanvarında müqaviləyə xitam vermək üçün klubla razılaşmağa yaxındır.
Hücumçunun İtaliya millisində yer almaq üçün yenidən A Seriyasına qayıtmaq istədiyi bildirilir. Onun şəxsi məqsədi İtaliyada məskunlaşıb, karyerasını vətənində başa vurmaqdır.
Qeyd olunur ki, üç klub Mario Balotellini transfer etmək imkanını dəyərləndirir: “Udineze”, “Salernitana” və “Empoli”.