Bakı mərhələsinin iştirakçıları bəlli oldu

Bakı mərhələsinin iştirakçıları bəlli oldu

Basketbolun 3×3 növü üzrə Qadın seriyasının Bakı mərhələsində iştirak edəcək komandaların ilkin siyahısı bəlli olub. 16 komanda turnirə qatılmaq üçün müraciət edib.

Ölkəmizi yarışda Azərbaycan millisi və “Baku Flames” klubu təmsil edəcək. Bakı mərhələsinə Niderland, Fransa, İspaniya, Polşa, İtaliya, Portuqaliya, Ukrayna, Filippin, İrlandiya, Avstriya və Sinqapur yığmaları da qatılacaq.

Çin turnirdə U-24 millisi ilə təmsil olunacaq. Yaponiyanın “Maebaşi Flovliş” və Macarıstanın “Qyor” klubları da iştirakçılar sırasında olacaq.

Qeyd edək ki, Bakı mərhələsi avqustun 17-18-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Şamaxı”da ayrılıq

Növbəti yazı

Emin Cəfərova növbəti təyinat