Bəhlul Mustafazadə: “2 matçda da qələbə qazanmağa çalışacağıq”

Bəhlul Mustafazadə: “2 matçda da qələbə qazanmağa çalışacağıq”

FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək Azərbaycan – Monqolustan oyunundan öncə mətbuat konfransı təşkil edilib. Millimizin futbolçusu Bəhlul Mustafazadənin görüş barədə fikirlərini açıqlayıb.

“Fərqli futbol mədəniyyəti olan komanda ilə oynayacağıq. Yaxşı təcrübə olacaq. Hər şey qaydasında gedir, plana uyğun çalışmalarımızı davam etdiririk. Qarşıdakı 2 matçda həm yaxşı oyun göstərməyə, həm də qələbə qazanmağa çalışacağıq”. 

Qeyd edək ki, oyun martın 22-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Arif Əsədov: “Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq”

Növbəti yazı

Yarımfinalda 6 oyun