Azar üçün ikinci liqa klubu
“Real”ın hücumçusu Eden Azar karyerasını ölkəsi Belçikada başa vura bilər. Bunu “Vesterlo”nun vitse-prezidenti Hasan Çetinkaya açıqlayıb.
Belçikanın ikinci liqa təmsilçisinin rəsmisi 30 yaşlı forvardı gələcəkdə heyətlərinə cəlb etmək arzusunda olduqlarını etiraf edib: “Eden Azarla dost münasibətindəyəm. “Lill”də oynadığı zaman onunla tanış olmuşdum və bir gün “Fənərbaxça”da oynayacağını söyləmişdi. “Vesterlo” üçün Edeni şirnikləndirmək daha çətin olacaq, amma gələcəkdə nə olacağını heç vaxt bilmirsən. Ola bilsin ki, karyerasını klubumuzda başa vursun”.
Qeyd edək ki, Eden 2019-cu ildən “Real”ın formasını geyinir.