Azərbaycan mövqeyini qorudu

Azərbaycan mövqeyini qorudu

Avrokuboklarda qrup mərhələsinə yekun vurulub. Avropa Liqasında və Konfrans Liqasında VI turun 32 matçı keçirilib.

Bu görüşlərdən sonra UEFA reytinqi açıqlanıb. Keçirilən qarşılaşmalardan sonra siyahıda bəzi dəyişikliklər olub.

Qardaş Türkiyə bir, İsveçrə üç pillə irəliləyib. Əvəzində Norveçlə İsveçrə geriləyib. Bütün bu dəyişikliklər 12-16-cı yerlərdə yaşanıb.

Azərbaycanın xal hesabı 0,250 xal artıb. Bu, “Qarabağ”ın Bakıda “Frayburq”la görüşündəki heç-heçə sayəsində mümkün olub – 1:1.

Bununla da ölkəmizin aktivi 16,125 xala çatıb. Azərbaycan Avropada 29-cu pillədə qalıb.

Qeyd edək ki, siyahıya 103,141 xalla İngiltərə başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”ın mümkün rəqibləri bəlli oldu

Növbəti yazı

Pike karyerasını başa vurdu