Azərbaycan mövqeyini qorudu

Azərbaycan mövqeyini qorudu

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Buna avrokubokların pley-off mərhələsinin ilk gününün nəticələri səbəb olub.

Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlardan sonra bəzi ölkələrin xal hesabı dəyişib. Bu, Azərbaycanın mövqeyinə təsir etməyib. 

“Qarabağ” Zaqrebdə “Dinamo”ya 0:3 hesabı ilə uduzub. Bu üzdən xal hesabımız da dəyişməyib.

Azərbaycanın 18,875 xalı var. Ölkəmiz Avropada 26-cı pillədədir. 

Cari mövsümün qazancı 2,125-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.

ETOPAZ

Əvvəlki yazı

Salah “Liverpul”u tərk edir

Növbəti yazı

“Sumqayıt” və “Kəpəz” cərimələndi