Azərbaycan millisindən 5 pilləlik irəliləyiş

Azərbaycan millisindən 5 pilləlik irəliləyiş

Milli komandaların FİFA reytinqi açıqlanıb. Azərbaycan millisi 1146,72 xalla 123-cü yerdə qərarlaşıb.


Canni de Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 5 pillə irəliləyib. Millətlər Liqasında Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edən yığmamız 19,55 xallıq qazanca sevinib.


Cədvələ 1841,30 xalla Braziliya başçılıq edir. “Top-10”da yeganə dəyişiklik İtaliyanın İspaniyanı keçməsi olub.


1 (1). Braziliya – 1841,30
2 (2). Belçika – 1816,71
3 (3). Argentina – 1773,88
4 (4). Fransa – 1759,78
5 (5). İngiltərə – 1728,47
6 (7). İtaliya – 1726,14
7 (6). İspaniya – 1715,22
8 (8). Niderland – 1694,51
9 (9). Portuqaliya – 1676,56
10 (10). Danimarka – 1666,57

ETOPAZ

Əvvəlki yazı

Sampaolinin yeni klubu bəlli oldu

Növbəti yazı

İliçiç “Maribor”da