Azərbaycan Slovakiyanı arxada qoydu

Azərbaycan Slovakiyanı arxada qoydu

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” “Braqa”nı 4:2 hesabı ilə məğlub edib. Ağdamlılar Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Klub Portuqaliyada qələbə qazanmaqla, ölkə reytinqinə daha 0,500 əmsal əlavə edib.  Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,625-ə bərabərdir. Nəticədə Azərbaycan UEFA reytinqində Slovakiyanı geridə qoyaraq, 27-ci pilləyə yüksəlib. Hər 2 ölkə eyni əmsala malikdir. Lakin klublarımızın cari mövsüm daha çox xal toplamaları irəliləməyimizə yol açıb.

ETOPAZ

Əvvəlki yazı

Hocsonun durumu pisləşdi

Növbəti yazı

Suarez karyerasının sonu barədə danışdı