Azərbaycan 29-cu pillədə

Azərbaycan 29-cu pillədə

Avrokubokların 2-ci təsnifat mərhələsinin üçüncü oyun günündən sonra UEFA reytinqi açıqlanıb. “Qəbələ” və “Neftçi”nin Konfrans Liqasındakı matçlarından sonra Azərbaycanın mövqeyi dəyişməyib.

Ölkəmiz 15,125 xalla Avropada 29-cudur. Bu xalların 0,875-i cari mövsüm əldə olunub.

“Neftçi” Bosniya və Herseqovinada “Jelezniçar”la heç-heçə edərək (2:2) Azərbaycana 0,125 xal qazandırıb. Evdə “Omoniya”ya uduzan “Qəbələ”nin 2:3 hesablı məğlubiyyəti isə aktivimizi zənginləşdirməyə imkan verməyib.

Cari mövsümdə “Neftçi”dən başqa “Qarabağ” 0,500, “Sabah” 0,250 xalla ölkə əmsalına töhfə verib. 

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə başçılıq edir.

e-Topaz

Əvvəlki yazı

“Neftçi”dən heç-heçə

Növbəti yazı

Tiaqo “Liverpul”da qalacaq