“Ayaks”ın Van de Bek planı

“Ayaks”ın Van de Bek planı

“Mançester Yunayted”in futbolçusu Donni van de Beki heyətində görmək istəyən klublardan biri bəlli olub. Niderlandlı yarımmüdafiəçi karyerasını vətənində davam etdirə bilər.

Onun xidmətində “Ayaks” maraqlıdır. Amsterdam klubu sabiq futbolçusunu geri qaytarmaq istəyir.

26 yaşlı futbolçu ilə “Real Sosyedad” da maraqlanır. İspaniyalılar onu icarəyə götürməyi planlaşdırır.

Van de Bek 2020-ci ildə “Ayaks”dan Mançester təmsilçisinə keçib. Onun müqaviləsi 2025-ci ildə başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”nin axtardığı qapıçı

Növbəti yazı

Uoker müqavilə imzalayır