“Ayaks”ın müdafiəçisi “Bavariya” ilə anlaşdı

“Ayaks”ın müdafiəçisi “Bavariya” ilə anlaşdı

“Bavariya” “Ayaks”ın müdafiəçisi Nəsir Mazraui ilə anlaşıb. Münhen klubu futbolçu ilə transfer müqaviləsinin şərtlərini razılaşdırıb.

Oyunçu tibbi müayinədən keçib və mövsümün sonunda Almaniya nəhənginə keçəcək. Onun klubdakı maaşı ildə təxminən 8 milyon avro olacaq. Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Mazraui bu mövsüm “Ayaks”ın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

Pike “Betis”lə oyunu buraxacaq

Növbəti yazı

“Herta” baş məşqçi axtarışında