“Ayaks”dan “Marsel”ə

“Ayaks”dan “Marsel”ə

Niderlandın “Ayaks”ının futbolçusu Nikolas Talyafiko karyerasını Fransada davam etdirməyə yaxındır. “Marsel” 30 yaşlı müdafiəçini heyətinə qatmaq niyyətindədir.

Liqa1 klubu argentinalını sonradan transfer etmək öhdəliyi ilə mövsümün sonunadək icarəyə götürməyi planlaşdırır. Amsterdam klubuna Talyafiko ilə bağlı rəsmi təklif də göndərilib.

Qeyd edək ki, “Marsel” Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibidir.

ETOPAZ

Əvvəlki yazı

“Miluoki”də yeni müqavilə

Növbəti yazı

Uruqvaylı hücumçu “Yuventus”a keçir