“Avstraliya Açıq 2024″ün mükafat fondu açıqlandı

“Avstraliya Açıq 2024″ün mükafat fondu açıqlandı

“Avstraliya Açıq 2024″ün mükafat fondu bəlli olub. Bunu yarışın təşkilatçıları açıqlayıb.

Mükafat fondu 2023-cü ildəkindən 13 faiz artıb. 2024-cü ilin mükafatı 59,13 milyon dollara çatıb.

Kişilər və qadınlar arasında təkbətək yarışlarda turnirin qalibləri 2 milyon 153 min dollar, finalçılar isə 1 milyon 179 min dollar qazanacaq.

Qeyd edək ki, “Avstraliya Açıq 2024” yanvarın 14-dən 28-dək Melburnda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Lloris MLS yolunda

Növbəti yazı

“Beşiktaş”da ayrılıq