Avropanın lideri müəyyənləşdi

Avropanın lideri müəyyənləşdi

Avropada daxili çempionata liderlik edən komandalar arasında rəqiblərini ən böyük fərqlə üstələyənlərin adları açıqlanıb. Araşdırma qitənin ən reytinqli 11 çempionatı arasında aparılıb.

Bu baxımdan ən yaxşı göstəriciyə “Trabzonspor” malikdir. Super Liqada çempionluğa doğru inamla irəliləyən Türkiyə klubu ən yaxın izləyicisi olan “Konyaspor”u 14 xal qabaqlayır.

İkinci yerdə PSJ qərarlaşıb. Paris təmsilçisi Liqa1-də 25 oyunda 59 xal toplayıb və ikinci sıradakı “Marsel”dən 13 xal öndədir. İlk “üçlüy”ü isə Yunanıstan Super Liqasının lideri “Olimpiakos” qapayır.

1. “Trabzonspor” (Türkiyə – 14 xallıq fərq)
2. PSJ (Fransa – 13)
3 “Olimpiakos” (Yunanistan – 11)
4-7. “Real” (İspaniya – 6)
“Bavariya” (Almaniya – 6)
“Union” (Belçika – 6)
“Porto” (Portuqaliya – 6)
8. “Ayaks” (Niderland – 5)
9-10. “Mançester Siti” (İngiltərə – 3)
“Seltik” (Şotlandiya – 3)
11. “Milan” (İtaliya – 2)

ETOPAZ

Əvvəlki yazı

Ukrayna çempionatı dayandırıldı

Növbəti yazı

Lukaku “İnter”ə dönmək arzusunda