Avropa Oyunlarında qızıl medal

Avropa Oyunlarında qızıl medal

Azərbaycan yığması Krakov-2023 III Avropa Oyunlarında ilk medalını qazanıb. Karateçi Tural Ağalarzadə yarışın çempionu adını qazanıb.

67 kq çəkidə qüvvəsini sınayan Avropa çempionatının mükafatçısı qrup mərhələsində İv Tadiss (Macarıstan), Toni Pissino (İsveçrə) və Dionisios Xenosu (Yunanıstan), yarımfinalda isə polşalı Miloş Sabieçkini məğlub edib. Finalda yenidən Dionisiosla görüşən idmançımız bu dəfə də rəqibinə qalib gəlib. Bununla da Tural Avropa Oyunlarının çempionu tituluna yiyələnib.

Bu, Azərbaycan yığmasının Krakov-2023-də ilk medalı olub. Yarışa 101 idmançı ilə yollanan millimiz hesabına qızıl medal yazıb.

ETOPAZ

Əvvəlki yazı

Tonali “Nyukasl”da

Növbəti yazı

Kris Pol “Qolden Steyt”də