Avropa Liqasında pley-off cütləri
Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Qitənin ikinci dərəcəli klub turnirində 1/8 finala vəsiqə üçün mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib. Azərbaycan çempionu “Qarabağ”la Türkiyə təmsilçisi “Qalatasaray”ın da rəqibi bəlli olacaq.
Bu raundda Çempionlar Liqasının qrup üçüncüləri ilə Avropa Liqasının ikinciləri üz-üzə gələcək. İlk matçlar üçüncü yer sahiblərinin meydanında baş tutacaq.
Qeyd edək ki, pley-off mərhələsi 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.
“Feyenoord” (Niderland) – “Roma” (İtaliya)
“Milan” (İtaliya) – “Renn” (Fransa)
“Lans” (Fransa) – “Frayburq” (Almaniya)
“Yanq Boyz” (İsveçrə) – “Sportinq” (Portuqaliya)
“Benfika” (Portuqaliya) – “Tuluza” (Fransa)
“Braqa” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan)
“Qalatasaray” (Türkiyə) – “Sparta” (Çexiya)
“Şaxtyor” (Ukrayna) – “Marsel” (Fransa)