Avropa liqalarını gözləyən zərbə
Dünya çempionatlarının iki ildən bir keçirilməsi UEFA-ya üzv olan ölkələrin liqalarına mənfi təsir göstərəcək. Araşdırmalar müəyyənləşdirib ki, yenilik tətbiq edilsə, Avropa futbol liqalarına böyük zərbə dəyəcək. Bu, hər mövsüm ümumilikdə 5-8,5 milyard avro zərərlə nəticələnəcək.
Buna səbəb liqaların islahatlara məcbur olmasıdır. Çempionatlar daha tez – mayın əvvəlində başa çatmalı olacaq. Bütün bunlar komanda sayının, hətta iş yerlərinin azalmasına gətirib çıxaracaq.
UEFA-nın 4 illik tsikl ərzində üzləşəcəyi ziyan da bəllidir. Qurum bu müddətdə 3 milyard zərərə düşəcək.
Qeyd edək ki, FİFA dünya çempionatlarının 4 deyil, 2 ildən bir təşkili ideyasını müzakirəyə çıxarıb