Avropa liqalarından dünya çempionatının 2 ildən bir keçirilməsi ilə bağlı bəyanat

Avropa liqalarından dünya çempionatının 2 ildən bir keçirilməsi ilə bağlı bəyanat


Avropa Peşəkar Futbol Liqaları (EPFL) dünya çempionatlarının iki ildən bir keçirilməsi ilə bağlı bəyanat yayıb. Əksər liqaları, o cümlədən “Böyük beşlik” çempionatlarını özündə birləşdirən qurum FİFA-nın yenilik etməsinə qarşı çıxıb. EPFL mundialın 4 deyil, 2 ildən bir təşkili klub futboluna böyük zərbə vuracağından ehtiyatlanır: “Liqalar qəti və yekdilliklə dünya çempionatının iki ildən bir keçirilməsi ilə bağlı istənilən təklifə qarşıdır. Liqalar bunun birtərəfli qaydada reallaşmasına imkan verməmək üçün digər maraqlı tərəflərlə birlikdə çalışacaq. Belə qərar bizim futbol sənayesinin təməli olan milli yarışlara zərbə vuracaq. Milli yarışlar bütün Avropada və dünyada klublar, futbolçular, azarkeşlər üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Yüklənmiş təqvimi də nəzərə alsaq,
yeni yarışlar, klublar və yığmalar üçün turnirlərdə yenilənmələr, genişlənmələr dünya və Avropa futbolunda cari problemlərin həlli yolu deyil. Futbol təqvimi bütün maraqlı tərəflərlə müəyyən qədər razılaşdırılmış olmalıdır. Bu təqvim yalnız klub və yığmalar arasında, həmçinin milli və beynəlxalq yarışların balansı ilə müəyyənləşdirilməlidir”.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal” Obameyanqa əvəzləyici tapdı

Növbəti yazı

Klublararası dünya çempionatının yeri dəyişdiriləcək