AVRO-2028-də komanda sayı artırılır

AVRO-2028-də komanda sayı artırılır

Avropa çempionatının final mərhələsindəki iştirakçı sayı artırıla bilər. UEFA yeniliyi AVRO-2028-də tətbiq etmək niyyətindədir.

Qurum komanda sayının 32-yə yüksəlməsini istəyir. 2016-cı ildə iştirakçı sayını 16-dan 24-ə yüksəldən UEFA növbəti artımı reallaşdırmağı planlaşdırır.

İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) bu yeniliyə qarşıdır. Qurum say artımının turnirin səviyyəsini aşağı salacağı qənaətindədir ki, bundan həm futbolçular, həm azarkeşlər itirəcək.

Qeyd edək ki, AVRO-2028 Böyük Britaniya və İrlandiyada keçiriləcəyi gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

De Vrey zədələndi

Növbəti yazı

Reşford təhlükədə