AVRO-2024-ün seçmə mərhələsinin püşkatmasının vaxtı müəyyənləşdi

AVRO-2024-ün seçmə mərhələsinin püşkatmasının vaxtı müəyyənləşdi

AVRO-2024-ün seçmə mərhələsinin püşkatmasının vaxtı və yeri müəyyənləşib. Bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Tədbir 2022-ci il oktyabrın 9-da baş tutacaq. Püşkatma mərasimi Almaniyanın Frankfurt şəhərində keçiriləcək.

Seçmə mərhələdə 54 yığma iştirak edəcək. Bu komandalar Almaniyada keçiriləcək final mərhələsinə 23 vəsiqə uğrunda mübarizə aparacaq.

Final mərhələsinin görüşləri Berlin, Köln, Dortmund, Düsseldorf, Frankfurt, Helzenkirhen, Hamburq, Leypsiq, Münhen və Ştutqartda da keçiriləcək. 2024-cü il iyunun 14-də başlayacaq turnir iyulun 14-də başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Orlando”dan üç oyunçu ilə bağlı qərar

Növbəti yazı

“Nyukasl” satıldı