AVRO-2024-ün püşkü atıldı

AVRO-2024-ün püşkü atıldı

AVRO-2024-ün püşkü atılıb. Almaniyada keçiriləcək yarışın iştirakçıları 6 qrupa bölünüb.

Üç komanda gələn ilin martında təşkil olunacaq pley-offda dəqiqləşəcək. Çempionatın açılış oyununda meydan sahibləri ilə Şotlandiya üz-üzə gələcək.

AVRO-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

A qrupu: Almaniya, Macarıstan, Şotlandiya, İsveçrə

B qrupu: İspaniya, Albaniya, Xorvatiya, İtaliya

C qrupu: İngiltərə, Danimarka, Sloveniya, Serbiya

D qrupu: Fransa, Avstriya, Niderland, A yolunun qalibi (Polşa, Estoniya, Uels, Finlandiya)

E qrupu: Belçika, Rumıniya, Slovakiya, B yolunun qalibi (İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna)

F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C yolunun qalibi (Gürcüstan, Lüksemburq, Yunanıstan, Qazaxıstan)

ETOPAZ

Əvvəlki yazı

Tovuzda məhsuldar bərabərlik

Növbəti yazı

“Yuventus”un Qatti planı