AVRO-2024-ə 20-ci vəsiqənin sahibi müəyyənləşdi

AVRO-2024-ə 20-ci vəsiqənin sahibi müəyyənləşdi

AVRO-2024-ün seçmə mərhələsi başa çatıb. Almaniyada təşkil olunacaq qitə çempionatına 20 vəsiqənin sahibi bəlli olub. Sonuncu vəsiqəni Xorvatiya qazanıb.

Fransa, Türkiyə, İspaniya, Şotlandiya, Belçika, Avstriya, Portuqaliya, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, Rumıniya, İsveçrə, İngiltərə, Serbiya, Çexiya, İtaliya, Sloveniya və Xorvatiya turnirə birbaşa vəsiqə qazanıb. Meydan sahibi Almaniya da yarışa qatılacaq.

Son üç yerin sahibi 2024-cü ilin martında dəqiqləşəcək. Pley-offda oynayacaq 12 komanda 3 vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Almaniyadakı turnir 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”nın Sane planı

Növbəti yazı

Emin Avropanın ən yaxşısı seçildi