“Bavariya”nın Sane planı
“Bavariya” Leroy Sane ilə bağlı qərarını verib. Klub ona müqavilənin uzadılmasını təklifi etməyi planlaşdırır.
Münhen klubu vingerə yeni uzunmüddətli sözləşmə və bonuslar da daxil olmaqla maaş artımı təklif etmək istəyir. “Bavariya” ilə anlaşması 2025-ci ilə qədər olan 27 yaşlı Sanenin xidmətində İngiltərə klubları da maraqlıdır.