AVRO-2024-də 3-cü tura start verilir

AVRO-2024-də 3-cü tura start verilir

Bu gün AVRO-2024-də qrup mərhələsinin sonuncu turuna start veriləcək. III turun ilk günündə A qrupunda mübarizəyə yekun vurulacaq.

Qrup liderləri Almaniya ilə İsveçrə Frankfurtda görüşəcək. 1/8 finala vəsiqəni təmin edən Bundestim 1-ci pilləni qorumaq üçün uduzmamalıdır. İsveçrə isə pley-offa bir xalla da çıxa bilər.

Şotlandiya və Macarıstan 1/8 final arzusunu reallaşdırmaq üçün mübarizə aparacaq. Sonuncular ümidini qorumaq üçün mütləq qalib gəlməlidir. Britaniyalılar da şansını saxlamaq üçün 3 xal qazanmalıdır.

Qeyd edək ki, qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.

AVRO-2024
Qrup mərhələsi, III tur
23 iyun, A qrupu
23:00. İsveçrə – Almaniya
Baş hakim: Daniele Orsato (İtaliya)
Frankfurt Arena

23:00. Şotlandiya – Macarıstan 
Baş hakim: Fakundo Telyo (Argentina)
Ştutqart Arena

ETOPAZ

Əvvəlki yazı

“Sabah”da ayrılıq

Növbəti yazı

Naço Ərəbistan yolunda