AVRO-2024-də 26 futbolçu

AVRO-2024-də 26 futbolçu

AVRO-2024-də iştirak edən komandaların sifariş vərəqinə daxil edə biləcəyi futbolçuların sayı dəqiqləşib. Bunu UEFA açıqlayıb.

Avropa çempionatının final mərhələsinin iştirakçıları yarış üçün 26 futbolçu sifariş edə biləcək. Öncədən bu rəqəmin 23-ə bərabər olacağı gözlənilirdi.

UEFA ilk dəfə AVRO-2020-də yığmalara 26 futbolçu sifariş etmək icazəsi verib. Həmin vaxt bu addım koronovirusun fəsadları və sıx təqvim üzündən belə addım atıb. FİFA DÇ-2022-də də eyni sayda oyunçu sifarişinə icazə versə də, “23-lük” qaydasının tətbiqinə qayıdılacağı nəzərdə tutulmuşdu.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

De Xeaya daha bir müştəri

Növbəti yazı

“Qəbələ”də 2 itki