Autsayderin favoriti

Autsayderin favoriti

“Norviç” baş məşqçi axtarışına başlayıb. Daniel Farkeni istefaya göndərən İngiltərə klubu əsas namizədi Frenk Lemparddır. Onun təyinatı gerçəkləşsə, “Çelsi”nin sabiq baş məşqçisi yenidən Premyer Liqada çalışa bilər.

Lempard bu vəzifəyə yeganə namizəd deyil. Klub rəhbərliyinin siyahısında Lüsyen Favr, Stiv Brüs və Con Terri də yer alıb. Amma Lempard “Norviç” üçün əsas favoritdir.

Xatırladaq ki, “Norviç” Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Donçiçdən 3-cü qələbə topu

Növbəti yazı

Şevçenko “Cenoa”da