Şevçenko “Cenoa”da
İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşib. Bu vəzifəyə Andrey Şevçenko təyin olunub.
45 yaşlı ukraynalı mütəxəssislə 2024-cü il iyunun 30-dək müqavilə imzalanıb. Kiyev “Dinamo”su, “Milan” və “Çelsi”nin sabiq futbolçusunun son iş yeri Ukrayna yığması olub. 2016-21-ci illərdə milliyə rəhbərlik edən Şevçenko AVRO-2020-dən sonra vəzifəsindən ayrılıb.
Ukraynalı ildə 2 milyon avro qazanacaq. O, A seriyası təmsilçisində istefaya göndərilən Davide Ballardinini əvəzləyib. 12 turdan sonra genuyalılar 9 xalla 18-ci pillədə qərarlaşıb.