Autsayder baş məşqçi tapdı

Autsayder baş məşqçi tapdı

İngiltərə Premyer Liqasının daha bir klubunun yeni baş məşqçisi müəyyənləşib. “Aston Villa”dan sonra “Norviç” rəsmi saytı vasitəsilə yeni çalışdırıcısını açıqlayıb.

Autsayder bu posta məhz Birminhem klubundan istefaya göndərilən Din Smiti gətirib. 50 yaşlı yerli mütəxəssis “Norviç”lə iki il yarımlıq müqavilə imzalayıb.

Qeyd edək ki, “Norviç” 11 turdan sonra 5 xalla Premyer Liqada sonuncu pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Neymar satılır

Növbəti yazı

İsko “Arsenal”ın hədəfində