ATP-dən “Masters” turnirləri ilə bağlı yenilik

ATP-dən “Masters” turnirləri ilə bağlı yenilik

Tennis turnirlərinin keçirilmə müddəti dəyişdiriləcək. Bunu ATP-nin rəhbəri Andrea Qaudentsi açıqlayıb.

O bildirib ki, qurumun direktorlar şurası assosiasiyanın 30 illik inkişaf strategiyasının əsas müddəalarını təsdiqləyib. Burada yer alan dəyişikliklərdən biri “Masters” turnirləri ilə bağlıdır. Bir həftəni əhatə edən turnirlərin oyunları 12 gün ərzində keçiriləcək.

Sənəddə turnir və oyunçular arasında qazancın bölüşdürülməsi, mükafatların artırılması, yeni turnirlərin təşkili barədə müddəalar da yer alıb. Bütün bu yeniliklər 2023-cü ildən qüvvəyə minəcək.

ETOPAZ

Əvvəlki yazı

Hadson-Odoi yığmasını dəyişir

Növbəti yazı

Romanyoli “Milan”dan gedəcək