“Atletiko”nun uğursuzluğu davam edir

“Atletiko”nun uğursuzluğu davam edir

“Atletiko” Çempionlar Liqasının “Mançester Siti” ilə matçında qolsuz bərabərlik edib. İspaniya klubu uğursuz seriya yaşayır. Madrid təmsilçisi ardıcıl 8-ci ev oyununda qələbə qazana bilməyib.

İlk görüşdə “şəhərlilər”ə bir qolla uduzan “Atletiko” bununla da mübarizəni dayandırıb. Paytaxt təmsilçisi sonuncu dəfə 2020-ci il oktyabrın 27-də evdəki Çempionlar Liqası matçında qələbəyə sevinib. Həmin vaxt “Atletiko” “Zalsburq”a qalib gəlib – 3:2. Sonrakı 8 ev oyununda 5 heç-heçəsi olan madridlilər üç dəfə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Firmino Cerrarda şərik oldu

Növbəti yazı

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər