“Atletiko”dan Molina qərarı
“Atletiko” Nahuel Molina ilə bağlı qərarını verib. Klub onu komandada saxlayacaq.
Futbolçunun müqaviləsi 2028-ci ilə qədər uzadılacaq. Molinanın hazırkı sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, argentinalı müdafiəçi 2022-ci ilin yayında “Udineze”dən “Atletiko”ya keçib.