“Atletiko”dan Beylə təklif

“Atletiko”dan Beylə təklif

“Real”ın futbolçusu Qaret Beyl karyerasını İspaniyanın digər klubunda davam etdirə bilər. Uelsli hücumçu “Atletiko”nun maraq dairəsinə düşüb.

“Kral klubu”nun baş məşqçisi Karlo Ançelottinin planlarına uyğun gəlməyən Beyl yayda azad agent statusu alacaq. Madridin digər klubu da onu pulsuz ələ keçirmək niyyətindədir.

32 yaşlı futbolçu MLS-dən də təklif alıb. “Di Si Yunayted” ona yüksək maaş vəd edib.

Qeyd edək ki, 2013-cü ildən “Real”da çıxış edən Qaret 258 matçda 106 qol vurub.
 

ETOPAZ

Əvvəlki yazı

Cokoviç zirvədə, Alkaras 10-luqda debüt etdi

Növbəti yazı

Şventek zirvədə, Badosa ikincidir