“Atletiko” Çempionlar Liqası tarixinə düşdü

“Atletiko” Çempionlar Liqası tarixinə düşdü

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Mançester Yunayted” “Atletiko”nu qəbul edib. Qonaqların qələbə qazandığı (1:0) görüş turnir tarixində ilklə əlamətdar olub.

İspaniya təmsilçisi ev oyunlarında qələbə qazanmadan 1/4 finala yüksəlib. Simeonenin yetirmələri bunu bacaran ilk komanda olub.

Madridlilər qrupda “Porto” (0:0), “Liverpul” (2:3) və “Milan” (0:1), 1/8 finalda “Mançester Yunayted”i (1:1) qəbul edib. “Atletiko” bu görüşlərdə qalib gələ bilməsə də, Mançesterdəki 1:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib. Madrid klubuna qədər heç bir komanda ev qələbəsi olmadan bu qədər irəliləməyib.

ETOPAZ

Əvvəlki yazı

“Nou Kamp”ın adı dəyişdirilir

Növbəti yazı

Ronaldo uğursuzluğunu təkrarladı