“Atletik”in hücumçusu icarəyə verildi

“Atletik”in hücumçusu icarəyə verildi

“Atletik” futbolçusu Xon Morsilyoya yeni komanda tapıb. 23 yaşlı hücumçu “Valyadolid”ə icarəyə verilib.

O, mövsümün sonunadək Valyadolidin eyniadlı təmsilçisində çıxış edəcək. Morsilyo mövsümə Bilbao klubunda başlayıb.

Forvard 7 matçda iştirak edib. O, bu oyunlarda qol və ya assistlə fərqlənməyib.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada yeni rekord

Növbəti yazı

“Milan”ın 20 milyonluq hədəfi