“Atalanta”nın yarımmüdafiəçisinə iki təklif
“Atalanta”nın futbolçusu Matteo Pessina iki klubdan təklif alıb. İtaliyalı yarımmüdafiəçi bu yay komandasını dəyişə bilər.
Matteonun xidmətində “Montsa” və “Verona” maraqlıdır. Pessina karyerasını başladığı “Montsa”da 2007-15-ci illərəd çıxış edib.
2019/20 mövsümündə Matteonu icarəyə götürən “Verona” da onu ələ keçirməyə çalışır. Həmin vaxt komandanın baş məşqçisi olan İvan Yuriç yenə İtaliya klubunun sükanı arxasındadır və Pessinanı sərəncamında görmək istəyir. Matteo 2017-ci ildən “Atalanta”nın formasını geyinir.