“Atalanta” Hoylundu satmadı
“Atalanta” futbolçusu Rasmus Hoylandı satmaqdan imtina edib. İtaliya klubu 35 milyon avroluq təkliflə razılaşmayıb.
Danimarka millisinin 20 yaşlı futbolçusu bir neçə klubun maraq dairəsindədir. “Atalanta” onu 70-80 milyon avroya satmağı planlaşdırır.
“Mançester Yunayted”, “Yuventus”, “Milan”, “Napoli” və “İnter”in hədəfində olan futbolçu ötən mövsümün 34 oyununda 10 qola imza atıb.