“Aston Villa”nın əsas namizədi

“Aston Villa”nın əsas namizədi

İngiltərənin “Aston Villa” klubunun baş məşqçi postuna əsas namizəd müəyyənləşib. Premyer Liqa təmsilçisinin rəhbərliyi bu posta Stiven Cerrardı gətirmək istəyir.

Şotlandiya “Reyncers”inə rəhbərlik edən mütəxəssis Birminhem klubunun baş məşqçi olmağa əsas namizəd sayılır. Premyer Liqanın XI turunda “Sauthempton”a 0:1 hesabı ilə uduzduqdan sonra Din Smiti istefaya göndərən “Aston Villa” danışıqlara start verməyə hazırlaşır.

“Sauthempton”un çalışdırıcısı Ralf Hazenhyuttl da birminhemlilərin namizədləri siyahısındadır. Premyer Liqanın 11 turundan sonra 10 xala malik “Aston Villa” hazırda 16-cı pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Top-10”da üç yerdəyişmə

Növbəti yazı

Badosadan debüt