“Aston Villa”dan “Milan”a

“Aston Villa”dan “Milan”a

“Aston Villa”nın yarımmüdafiəçisi Duqlas Luis komandasını tərk edə bilər. Onun İtaliyaya köçmək variantı yaranıb.

“Milan” Braziliya millisinin üzvünü heyətinə cəlb etmək niyyətindədir. Orta sahəni gücləndirmək istəyən İtaliya çempionu vaxt itirmədən Premyer Liqa təmsilçisi ilə danışıqlara başlayıb. “Aston Villa” 24 yaşlı orta sahə oyunçusunun satışından 30 milyon avroluq gəlir götürə bilər. “Milan” rəhbərliyi bu transferin tezliklə reallaşacağını düşünür.

Qeyd edək ki, Duqlas Luisin “Aston Villa” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”da ayrılıq

Növbəti yazı

Firmino “Liverpul”dan ayrılır