“Aston Villa”da baş məşqçi təyinatı

“Aston Villa”da baş məşqçi təyinatı

İngiltərənin “Aston Villa” klubu yeni baş məşqçisi Stiven Cerrardla müqavilə imzalayıb. Bunu Birminhem təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Premyer Liqa klubu 41 yaşlı ingiltərəli mütəxəssislə anlaşmanın müddətini göstərməyib. Lakin Böyük Britaniya mətbuatı öncədən tərəflərin 2,5 illik müqavilə bağlayacağını iddia edirdi. Cerrardın bunadək baş məşqçisi olduğu Şotlandiya “Reyncers”i ilə də razılıq əldə edən “Aston Villa”nın bunun üçün 2-3 milyon funt sterlinq ödədiyi də bildirilir.

Qeyd edək ki, 11 oyunda 10 xal toplayan “Aston Villa” 16-cı pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Avropa liqalarını gözləyən zərbə

Növbəti yazı

Alkaras 17 ilin rekorduna imza atdı