“Aston Villa” Barnsa elçi düşdü

“Aston Villa” Barnsa elçi düşdü

“Lester”in futbolçusu Harvi Barns karyerasını İngiltərənin digər klubunda davam etdirməyə yaxındır. Yarımmüdafiəçi “Aston Villa”nın transfer siyahısına düşüb.

25 yaşlı ingiltərəli Birminhem klubunun əsas hədəfinə çevrilib. “Nyukasl” və “Tottenhem” də Barnsı heyətinə qatmaq fikrindədir. Bu üzdən “Aston Villa” danışıqları tez yekunlaşdırmağı planlaşdırır.

Harvi mövsümün 39 matçında 12 qol və 3 assist müəllifi olub.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal” hücumçu alacaq

Növbəti yazı

“Arsenal”ın qara siyahısı