Asensio “Milan”ın hədəfində

Asensio “Milan”ın hədəfində

Marko Asensio “Real”dan ayrıla bilər. Onun xidmətində “Milan” maraqlıdır.

Bildirilir ki, klubun texniki direktoru Paolo Maldini “kral klubu”nun baş məşqçisi Karlo Ançelottiyə zəng edərək onun bu transferə qarşı olub-olmayacağını da soruşub. Mütəxəssis buna etiraz etməyib.

“Real” 26 yaşlı Asensio ilə müqaviləni uzatmaq istəsə də, tərəflər razılığa gələ bilməyib. Müqavilə müddəti 2023-cü ilin yayına kimi olan futbolçunu pulsuz itirməmək üçün Madrid təmsilçisi onu satmağı düşünür.

ETOPAZ

Əvvəlki yazı

Alonso “Barselona” yolunda

Növbəti yazı

Haaland transferi rəsmən açıqlandı